Image

Azərbaycanda əhalinin sayı açıqlanıb

2025-ci ildə ölkə üzrə əhalinin sayı 37 462 nəfər və ya 0,4 % artaraq 2026-cı il yanvarın 1-nə 10 262 351 nəfərə çatıb.

Bu barədə məlumat Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan ölkənin sosial-iqtisadi inkişafına dair makroiqtisadi göstəricilərdə yer alıb.

Rəsmi statistikaya görə, əhalinin 54,3 %-i şəhər, 45,7 %-i kənd sakinləridir. Ümumi əhalinin 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.

Mənbə: anews.az

Xəbər lenti