Putin Kadırovu təltif etdi
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu ikinci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.
Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Prezidenti bu barədə müvafiq fərmanı imzalayıb.
Sənədin mətnində deyilir ki, bu mükafat Kadırova "Rusiya dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin müdafiə qabiliyyətinə və Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə" verilib.