Image

Bakıda yeni evlənən qızıgilə gedirdi - Sonu faciəvi oldu

Bakının Sabunçu rayonunda yol qəzası zamanı qadın quyuya düşüb.

Gundem.az  Trend-ə istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı maşının sürücüsünün qarşısına “Toyota Prius” çıxıb. “Opel”in sürücüsü avtomobili aşırıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1976-ci il təvəllüdlü Ağayeva Nəzakət Şabalı qızı maşının pəncərəsindən çıxaraq quyuya düşüb. Qadın aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, onlar ötən həftə evlənən qızlarının evinə qonaq gedirlərmiş.

Mənbə: gundem.az

Xəbər lenti

Baş nazirdən yeni qərar