“Tosun Paşa” filminin çəkildiyi köşk restavrasiya edildi - FOTO
Bir zamanlar sevilərək izlənilən “Tosun Paşa” filminin çəkildiyi villa yenidən restavrasiya edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Arnavut Hayreddin köşkü olaraq tanınan ev 2 il ərzində yenidən təmir edilib.
Köşk “Sinem Necipoğlu Mimarlık” şirkəti tərəfindən təmir edilib. Sinem Necipoğlu köşkün restavrasiya barədə bunları deyib:
“Birinci dərəcəli tarixi əsərlər qrupuna daxil olan Darcan köşkünün bərpası işində biz bütün texniki, daxili dizayn və komanda idarəetmə detallarını, eləcə də memarlıq nümunələrini öz üzərimizə götürdük. Bu xüsusi layihədə, sarayın orijinal dizaynının sadəliyini və zərifliyini qoruyub saxlamaq, tarixi quruluşa uyğun bir konsepsiya və dizayn yaratmaq üçün çox səylə çalışmışıq”.
Bu villada “Süt Kardeşler”, “Tosun Paşa”, “Kanlı Nigar”, “Orta Direk Şaban” kimi ekran işləri bu villada çəkilib.
Köşk İstanbul Yeşilköy ərazisində yerləşir.
BAKU.WS


