Image

Türkiyədə də fermerlər etiraza qalxdı - FOTO

Avropanın bir çox şəhərində fermerlər günlərdir hökümətin kənd təsərrüfatı islahatlarına qarşı texnikaları ilə etiraz aksiyaları keçirirlər. Bu tendensiyaya Türkiyənin Konya şəhərinin fermerləri də qoşulub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, fermerlər traktorlarla Seydibəy kartof zavoduna yollanaraq istehsal kvotanın başqa rayona keçirilməsinə etiraz ediblər.

Qeyd edək ki, Almaniya, Fransa, İspaniya, Hollandiya, Belçika, Polşa, İtaliya və Macarıstan başda olmaqla bir çox AB ölkələrində fermerlər son zamanlar həyata keçirilən kənd təsərrüfatı siyasətlərinə reaksiya verirlər.

BAKU.WS

Xəbər lenti