Image

ABŞ-də Trampın malikanəsinə girməyə cəhd edən şəxs güllələnib

ABŞ Məxfi Xidmətinin əməkdaşları ABŞ prezidenti Donald Trampın Mar-a-Laqodakı malikanəsinin ətrafındakı təhlükəsiz əraziyə girən silahlı şəxsi güllələyərək öldürüblər.Bu barədə xidmətin nümayəndəsi Entoni Qulyelminin yazılı açıqlamasında deyilib.

Qeyd edilib ki, "silahlı kişi Mar-a-Laqo ətrafındakı təhlükəsiz əraziyə qanunsuz girdikdən sonra" Məxfi Xidmət əməkdaşları və yerli şerif müavini tərəfindən vurularaq öldürülüb.

Kişinin üzərində ov tüfəngi və yanacaq balonu olduğu ehtimal edilir.

Xəbər lenti

Kiyevdə matəm elan edilib