Image

Universitet tələbəsi 3 həftədir “Yarasa adam” kostyumu ilə küçələrdə gəzir - FOTO

Türkiyədə qeyri-adi hadisə baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, universitetdə film və animasiya üzrə təhsil alan Ali Efe Arslan həftənin üç günü Ankara küçələrində “Batman”(Yarasa adam) kostyumu ilə gəzir.

Arslan bu cizgi film qəhrəmanını sevdiyi üçün sırf bu sahədə təhsil aldığını bildirib.

O “Batman” kimi superqəhrəman olmaq istəyir:

““Batman” kimi superqəhrəman olmaq istəyirəm. Bu səbəblə də “Batman” kostyumu hazırladım. Hazır libaslar var idi. Lakin bunu almaq mənə baha başa gəlirdi. Bundan sonra kostyumu özüm hazırlamaq qərarına gəldim. Bu işdə mənə xalam da kömək etdi”.

O artıq 3 həftədir ki, Ankara küçələrini bu kostyumla gəzir.

Ali Efe bildirib ki, onu görənlər çox təəccübləndir. Foto çəkdirmək istəyirlər. O hazırda ictimia nəqliyyatdan istifadə edir. Lakin çoxlu pulu olarsa yeni avtomobil "Batmobil" dizayn etditib onunla gəzmək istədiyini deyib.

BAKU.WS

Xəbər lenti