Image

“Qarabağ” və “Neftçi” dünya reytinqində irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya üzrə klublarının yeni reytinq cədvəlini açıqlayıb.

BAKU.WS xəbər verir ki, siyahıda 403 komanda yer alıb.

Azərbaycan təmsilçilərindən "Qarabağ" 146.5 xalla 70-cidir. “Köhlən atlar” ötən ayla müqayisədə 3 pillə irəlləyib."Neftçi" isə 57.5 xalla 398-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi son reytinqdə 469-cu idi.

Qeyd edək ki, cədvələ 359 xalla "Mançester Siti" liderlik edir. "Real" 332 xalla 2-ci, "İnter" isə 281 xalla 3-cüdür.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti