Image

Beyazıt Öztürk: "Daha çox zamana ehtiyacımız var" - FOTO

Türkiyəli şoumen Beyazıt Öztürk bir neçə ay əvvəl "Beyaz Show"nun ekranlara qayıdacağı ilə bağlı açıqlama vermişdi.

BAKU.WS xəbər verir ki, o, uzun illərdən sonra yenidən nümayiş olunacaq layihə barədə növbəti dəfə danışıb. Beyaz tamaşaçılara daha da yaxşı proqram təqdim etmək üçün hazırlıq müddətini uzatdıqlarını qeyd edib:

"Davamlı olaraq başladı, başlayacak deyə xəbərlər çıxır. Bunların bir hissəsi doğrudur. Başlamaq niyyətindəyik. Yaxşı bir layihə ortaya çıxartmaq istəyirik. Bir zamanlar "Beyaz Show" ilə insanların ağlında çox gözəl qalmışdıq. Proqramı yenidən sevimli etmək üçün əlimizdən gələni edirik. Daha da gözəl etmək üçün daha çox zamana ehtiyacımız var".

Xatırladaq ki, Beyazıt Öztürkün "Beyaz Show" adlı proqramı 1996-cı ildə "Kanal D"də başlayıb. 22 mövsüm davam edən veriliş 2018-ci ildən sonra bir daha yayımlanmayıb. 

BAKU.WS

Xəbər lenti