"İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib.
Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.
Mənbə: baku.ws