Ölüm xəbəri yayılan Cavanşir Quliyevdən Açıqlama
"Dualara görə hər kəsə təşəkkür edirəm. Babatam".
Gundem.az xəbər verir ki, bu sözləri konkret.az-a açıqlamasında Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
Xatırladaq ki, sənətkar fevralın 5-də İstanbulun Acı Badem xəstəxanasına yerləşdirilmişdi, hazırda müalicəsi davam edir.
Mənbə: gundem.az