Baxımsız vəziyyətdə olan Masazır qəbiristanlığı - VİDEO
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Masazır qəbiristanlığı adı ilə bilinən qəbiristanlıq baxımsız vəziyyətdədir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yaxınlıqdakı ev və obyektlərin çirkab suları əraziyə axıdılır. Bu səbəbdən ərazi daha da çirklənir. Üstəlik qəbristanlığa nəzarət edən, səliqə-səhmana salan, kol-kosunu təmizləyən yoxdur.
Qəbir daşlarının üzərini kol-kos basıb. Sözügedən görüntüləri təqdim edirik:
BAKU.WSMənbə: baku.ws