Almaniyada ukraynalı basketbolçu bıçaqlanaraq öldürüldü
Almaniyanın Düsseldorf şəhərində 17 yaşlı ukraynalı basketbolçu Vladimir Ermakov küçədə bıçaqlanaraq öldürülüb.
BAKU.WS xəbər verir ki, V. Ermakovla birgə onun dostu da ciddi bıçaq xəsarətləri alıb və hazırda reanimasiyadadır.
Hücum fevralın 12-nə keçən gecə baş verib.
Basketbolçular idman ayaqqabısı almaq üçün şəhərin mağazalarından birinə gediblər. Onlara hücumun miqrantlar tərəfindən törədildiyi güman edilir.
Əllərində bıçaq olan naməlum şəxslər idmançılara sadəcə ukraynalı olduqları üçün hücum ediblər. Bu, bir neçə gün əvvəl gənclərin yarışmaq üçün gəldiyi Düsseldorfda baş verib. Ermakov və dostu Düsseldorfun gənclər komandasında çıxış ediblər.
BAKU.WS