Image

Mobil telefonunuzu qorumağın ƏN TƏHLÜKƏSİZ YOLLARI - FOTO

Çoxmərhələli təsdiqləmə hesabların və cihazların təhlükəsizliyi üçün istifadə olunan iki və ya daha çox mərhələdən ibarət doğrulama metodudur.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Çoxmərhələli təsdiqləmə metdoları aşağdakılardan ibarətdir:

1) Biometrik təsdiqləmə – Barmaq izi, səs və ya üz görüntüsü ilə təsdiqləmə metodudur.

2) E-poçt ilə təsdiqləmə – İstifadəçinin hesabına daxil olmaq üçün e-poçtuna göndərilən təhlükəsizlik kodudur.

3) SMS bildirişi – Hesaba daxil olmaq üçün mobil cihaza fərqli platformalardan mesaj şəklində gələn təhlükəsizlik kodudur.

4) Autentifikasiya tətbiqləri – İstifadəçilərin hesablarına daxil olmaq üçün istifadə etdiyi əlavə tətbiqlərdir.

5) Fiziki təhlükəsizlik açarları – Bunlara xüsusi proqram təminatı ilə təchiz olunmuş USB fləş-kartlarını misal göstərmək olar. Bu fləş-kartlar vasitəsilə cihazınıza giriş şifri olmadan daxil olmaq mümkündür.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Baş nazirdən yeni qərar