Abidəni təhqir edən rus fenomen saxlanılıb - FOTO
Rusiyalı sosial media fenomeni Alena Afqanova saxlanılıb.
BAKU.WS xəbər verir ki, o, II Dünya Müharibəsi qurbanlarının xatirəsinə qoyulan abidəni təhqir edib.
Alena sosial şəbəkədə abidənin fotosunu paylaşaraq heykəlin sinəsini qıdıqladığını bildirib.
Onun bu addımı ölkədə ajiotaja səbəb olub. İzləyiciər qəzəblənib və fenomen barədə tədbir görülməsini tələb ediblər.
Bundan sonra 23 yaşlı Alena saxlanılıb. Abidəni təhqir etdiyinə görə ona 5 il həbs cəzası veriləcək.
Qeyd edək ki, Alena keçmiş adı Stalingrad olan Volgograddakı 279 metr hündürlüyündə olan qadın heykəlini də təhqir etmişdi.
BAKU.WS