Image

Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü bildirib - YENİLƏNİB

Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərinin 4 nəfər olduğunu bildirib.

BAKU.WS Ermənistan mətbuatına istinadən xəbər verir ki, daha bir hərbçi yaralanıb.

***09:31

Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də səhər saatlarında iki hərbçisinin öldüyünü açıqlayıb.

Hadisə Nerkin-And istiqamətində baş verib. Eyni zamanda yaralananların da olduğu deylir.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

BAKU.WS

Xəbər lenti