"Aşk-ı Memnu"nun Bülenti 3 il sonra "Survivor"da - FOTO
"Aşk-ı Memnu" serialının uşaq aktyoru Batuhan Karacakaya 3 il sonra yenidən "Survivor"a qatılacaq.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu aktyorun şəxsi təşəbbüsü ilə olub.
O layihəyə yenidən qatılaraq orada iştirak etmək istədiyini bildirib. Artıq bundan sonra "Survivor All Star 2024"də aktyor Batuhan Karacakaya da yer alacaq.
Xatırladaq ki, aktyor "Survivor 2021"də də iştirak etmişdi.
Batuhan Karacakaya 1997-ci il fevralın 5-də doğulub. Onu ilk ekran işi "Sağır Oda" olub. Aktyor filmdə Türkmən uşaq obrazını oynayıb.
"Aşk-ı Memnu" serialındakı Bülent obrazı ilə məşhurluğun zirvəsinə yüksəlib.
BAKU.WS


