Image

Ahmet Kayanın həyat yoldaşından əri haqqında çəkilən FİLMƏ ETİRAZ - FOTO

Mərhum müğənni Ahmet Kayanın həyat yoldaşı Gülten Kaya Hayaloğlu sənətçiyə həsr edilən fimin nümayişinə etiraz edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Ahmet'in Türküsü" avtobioqrafik janrlı ekran işinin martın 1-də kinoteatrlarda nümayişi planlaşdırılır.

İfaçını arvadı Gülten Kaya isə bu filmin ticarət məqsədilə ərsəyə gətirildiyini və nümayişini qəti şəkildə dəstəkləmədiyini bildirib:

"Aramızdan 24 il əvvəl ayrılan və iradəsini bizə təslim edən Ahmet Kaya haqqında çəkilən filmin adına film demək istəmirəm. Bu layihəni başda müğənni olmaqla onun sevənlərinə bir hörmətsizlik olaraq görürük. Ticarət məqsədilə edilən bu layihəni qəti şəkildə dəstəkləmədiyimizi ictimaiyyətin diqqətinə çatdırırıq. Sənətçinin hər hansı bir musiqisinin yer almadığı və həyatına aid yalan faktların olduğu bir film heç vaxt Ahmet sevərlərin diqqətin çəkə bilməz. Burada müğənninin sənəti və etibarı heçə sayılıb. Bu film Ahmet Kayanın fikrinə, duyğusuna, ailəsinə, övladlarına sevənlərinə tamamilə ziddir".

BAKU.WS

Xəbər lenti