Türkiyədə qızıl mədənində torpaq çöküb - VİDEO
Türkiyədə qızıl mədənində qəza baş verib.
BAKU.WS DHA-ya istinadən xəbər ki, Erzincanın İliç rayonunda qızıl mədənində torpaq sürüşməsi baş verib. Hadisədə can itkisi olub-olmadığı hələ məlum deyil.
Əraziyə vəzifəli şəxslər cəlb olunub.
Hadisə ilə bağlı mədəndə işləyən Anagold Madencilik Sanayi ve Ticaret A.Ş.-dən də açıqlama verilib.Açıqlamada deyilirdi:
"13 Fevral Çərşənbə axşamı günü Türkiyə vaxtı ilə saat 14:28-də “Anagold Çöpler” Qızıl Mədənimizdə baş verən sürüşmə baş verib. Hadisədən dərhal sonra bölgədəki əməkdaşlarımızla əlaqə saxladıq. Aidiyyəti dövlət qurum və təşkilatlarını məlumatlandırdıq.”.
BAKU.WSMənbə: baku.ws