Image

Misirli ata qızı adını "Rusiya" qoyduğu üçün tutuquşunu öldürüb

Leninqrad vilayətində misirli ata qızının tutuquşusuna vəhşicəsinə davranıb.

BAKU.WS xəbər verir ki, bu barədə Kanal 78 məlumat yayıb.

Bildirilib ki, buna səbəb azyaşlı qızın tutuquşusuna "Rusiya" adını vermək istəməsi olub.

Telekanalın məlumatına görə, hadisə Vıborq rayonunun Pervomayskoye kəndində baş verib. Misirdən olan 37 yaşlı qız atası keçmiş həyat yoldaşı və qızına baş çəkməyə gəlib və bayram zamanı uşağa verilən tutuquşuya nə ad verəcəkləri ilə bağlı mübahisə edib. Kişi quşu "Keniya" adlandırmağı təklif edib, lakin qızı israrla "Rusiya" adını verib.

Bundan sonra kişi tutuquşunu tutub və kəsici alətlə onunla vəhşicəsinə davranıb. Qız başına gələnləri bağça müəlliməsinə danışıb. 

Misir vətəndaşı heyvanlara qarşı amansız davrandığına görə on sutka həbs edilib. Kişinin keçmiş arvadının dediyinə görə, o, əvvəllər də özünü aqressiv aparıb, yəni onu döyüb və uşaqları qaçırıb, .

BAKU.WS

Xəbər lenti