Image

Bakıdan yola düşən avtobus Naxçıvana çatıb

Yaxın Şərqdə baş verən son hadisələr fonunda təhlükəsizlik məqsədilə İran İslam Respublikası ərazisindən həyata keçirilən Bakı–Naxçıvan–Bakı avtobus reyslərinin fəaliyyəti müvəqqəti dayandırılmışdı.

BAKU.WS xəbər verir ki, dünən səhər saat 09:00-da Bakıdan yola düşən avtobus reysi artıq Naxçıvan Avtovağzalına çatıb.

Məlumata görə, reys təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilib. Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması təmin olunub.

Qeyd edək ki, marşrutun fəaliyyəti ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Qalereya

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb