İran ABŞ-nin 5-ci donanmasının qərargahını vurub
İranın raket zərbələri ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahına yönəlib.
BAKU.WS xəbər verir ki, zərbələr qərargahın yerləşdiyi Manama şəhərində qeydə alınıb.
Sözügedən hərbi obyekt Bəhreyn paytaxtında yerləşir və ABŞ-nin regiondakı əsas dəniz hərbi mərkəzlərindən biri hesab olunur.
Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik ətraflı açıqlama verilməyib. Regionda təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.