Xameneinin əvvəllər yayımlanmayan fotoları üzə çıxdı
ABŞ-İsrail hücumlarında həlak olduğu bildirilən İranın dini lideri Ayətullah Əli Xameneinin əvvəllər yayımlanmayan fotoları yayılıb.
BAKU.WS xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp fevralın 28-də İsraillə birlikdə İrana qarşı başladıqları hərbi əməliyyatlar zamanı Xameneinin öldürüldüyünü açıqlayıb.
Xameneinin ölümü ilə əlaqədar ölkədə 40 günlük milli matəm və 7 günlük rəsmi tətil elan edildiyi bildirilib.
Qeyd edək ki, Ayətullah Əli Xamenei 19 aprel 1939-cu ildə İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olub. Atası Ayətullah Cavad Xamenei Azərbaycan əsilli din xadimi idi. Ailəsi İranda yaşayan azərbaycanlı icmasına mənsub olub.
1989-cu ildən etibarən İranın ali rəhbəri "Rəhbər" postunu tutan Xamenei ölkənin daxili və xarici siyasətində həlledici rol oynayıb. Onunla bağlı indiyədək ictimaiyyətə təqdim olunmamış fotoların yayılması geniş müzakirələrə səbəb olub.
Qalereya









