Image

Putinin Sevgililər Gününə münasibəti necədir? – Peskov açıqladı

Rusiya prezidenti Vladimir Putin fevralın 14-nə təsadüf edən Sevgililər Gününü qeyd etmir.

Gundem.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov danışıb.

Kreml spikeri jurnalistlərin Vladimir Putinin Sevgililər Gününü qeyd edib-etməməsi ilə bağlı sualına mənfi cavab verib.

Dmitri Peskov detalları açıqlamaqdan yayınıb.

Vladimir Putin pravoslav xristianların bayramlarını qeyd edir.

Prezident 2024-cü il Milad bayramını Novo-Oqarevodakı iqamətgahında qeyd edib.

Dindarları təbrik edərək xatırladıb ki, yaxşılıq, mərhəmət və ədalət idealları sarsılmaz dəyərlər kimi Rusiya tarixində xüsusi rol oynayır.

Xəbər lenti