Image

Pakistanlı tennisçi turnir zamanı vəfat edib

17 yaşlı pakistanlı yeniyetmə Zeynəb Əli Nəqvi İslamabadda keçirilən ITF turniri zamanı dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə “rambler.ru” məlumat yayıb.

Bildirilir ki, Əli Nəqvi çərşənbə axşamı açılış matçından əvvəl bazar ertəsi turnirdə məşq edib. Axşam saatlarında nənəsi onu öz otağında huşsuz vəziyyətdə tapıb.

Xəstəxanaya çatdırılan tennisçinin öldüyü məlum olub. İlkin ehtimala görə, idmançı ürək tutmasından dünyasını dəyişib.

Cavid Babayev BAKU.WS

Xəbər lenti