Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni sözçü təyin edilib - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu vəzifə Rövşən Əliyevə həvalə edilib.
O, bundan əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) əməkdaşı olub və yeni vəzifəsində Sabir Bilalovu əvəz edib.
BAKU.WS
Mənbə: baku.ws