Image

Moskvanın mərkəzində baş verən güclü YANĞIN söndürüldü - YENİLƏNİB - VİDEO

Moskvanın mərkəzindəki Puşkinskaya meydanında yerləşən məşhur “İzvestiya Hall”ın həyətində baş verən yanğın tamamilə söndürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Nazirliyi teleqram kanalında məlumat yayıb.

İdarədən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın sahəsi 1500 kvadratmetrdir.

***10:33

Moskvanın mərkəzindəki Puşkinskaya meydanında yerləşən “İzvestiya” zalının həyətində üç istifadəsiz binada baş verən yanğın lokallaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"Hazırda yanğın lokallaşdırılıb. Tələfat barədə məlumat yoxdur", - agentliyin mənbəsi bildirib.

Qeyd olunub ki, əvvəlcə yanğının sahəsi 800 kvadratmetr idi. Sonradan 1,5 min kvadratmetrə qədər böyüyüb. Yanğına mümkün olan beşdən üçüncü mürəkkəblik nömrəsi verilib.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun “İzvestiya zalı”nın binasına keçməsinə imkan verilməyib, həyətyanı sahədə üç ayrı bina yanır, onlardan biri dağılıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Brent" bahalaşdı

Estoniya Rusiyaya nota verib