Tehranın hava limanında Iran Air-a məxsus sərnişin təyyarəsi məhv edilib
ABŞ və İsrail qüvvələrinin İran ərazisinə endirdiyi hava hücumları nəticəsində Tehranın və cənubda yerləşən aeroportlar hədəfə alınıb.
BAKU.WS xəbər verir ki, İranın dövlət aviadaşıyıcısı olan "Iran Air" şirkətinə məxsus "Airbus A319" sərnişin təyyarəsi "Buşer" aeroportunda gedən hücumlar zamanı tamamilə məhv edilib.
Təyyarənin fevralın 28-i səhər Tehrana uçuş planlaşdırdığı, lakin münaqişənin başlanması səbəbindən reysin ləğv edildiyi və təyyarənin aeroportda qaldığı qeyd olunur.
Eyni zamanda Tehranın "Mehrabad" Beynəlxalq Hava Limanı da ağır hava zərbələrinə məruz qalıb. Mənbələr bildirir ki, burada partlayışlar və yanğınlar qeydə alınıb və aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb.
