Fevralın 16-sı ilə bağlı XƏBƏRDARLIQ
Sabahkı hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib.
Bildirilib ki, fevralın 16-da Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
BAKU.WSMənbə: baku.ws