Image

Bədən qoxusunu dəyişən xəstəliklər: Sirkə iyi gəlirsə...

Bədən qoxusunun dəyişməsi qalxanabənzər vəz, qaraciyər, böyrək və şəkərli diabetin pozulması ilə bağlı ola bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "İzvestiya"ya həkim Olqa Ulankina məlumat verib.

Həkim bildirib ki, qaraciyər və böyrək xəstəlikləri dəridən və nəfəsdən ammonyak qoxusunun gəlməsinə səbəb ola bilər.

Qeyd olunur ki, aseton qoxusu diabetin əlamətlərindən biridir. Bu xəstəlikdə insulinin qeyri-kafi miqdarda olması və ya ona qarşı müqavimət səbəbindən orqanizm qlükozanı qəbul etmir və özünü enerji ilə təmin etmək üçün yağları və zülalları emal etməyə başlayır.

Bu maddələrin parçalanması nəticəsində keton hissəcikləri əmələ gəlir. Sirkə qoxusu endokrin xəstəlikləri, vərəmi və D vitamini çatışmazlığını göstərə bilər.

Bir insan duş qəbul etdikdən sonra təmiz bədəndən sirkə iyi gəlirsə, narahat olmalıdır.

Lakin, fiziki fəaliyyətdən və bol tərləmədən sonra tərin turş qoxusu normaldır.

Qalxanabənzər vəzinin pozulması tərləmənin artmasına və nəticədə bədən qoxusunun artmasına səbəb ola bilər.

Həkim əlavə edib ki, bədən qoxusuna çoxlu miqdarda ədviyyat və hazır şirniyyat istehlakı təsir edə bilər.

BAKU.WS

Xəbər lenti