Image

Sərnişinin təyyarədən qovulmasının qəribə səbəbi - Qadın evə...

Meksikada qadın sərnişin təyyarədə tez-tez tualetə getdiyi üçün uçuşdan qovulub.

BAKU.WS qazeta.ru-ya istinadən xəbər verir ki,  bu barədə kanadalı qadın özü sosial şəbəkələrdə yazıb.

Belə ki, Joanna Çiu Meksikadan Kanadaya uçmaq üzrə olub.

Qadının sözlərinə görə, uçuşdan əvvəl mədəsi pisləşib, lakin biletini qaytarmayıb. Sərnişin təyyarəyə mindikdən sonra havaya qalxmazdan əvvəl bir neçə dəfə tualetə gedib və bu, onun təyyarədən çıxarılmasına səbəb olub.

O, sosial mediada "mədəm narahat olduğu və uçuşdan əvvəl çox tualetə getdiyim üçün uçuşdan qovuldum" deyib.

Bundan əlavə, Çiu ona otel otağı və ya başqa reys üçün bilet təklif olunmadığını bildirib.

Qadın evə sağ-salamat çatıb.

BAKU.WS

Xəbər lenti