Image

Yağışlı yolda HADİSƏ - TIR əks yola çıxaraq qəza törətdi - YENİLƏNİB - VİDEO

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yük maşını idarəetmədən çıxaraq beton arakəsmə maneələrə dəyib. Nəticədə beton maneələr və bir işıq dirəyi sıradan çıxıb.

Dərhal əraziyə Agentliyin əməkdaşları gələrək yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görüb, hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin edib.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

*** 10:03

Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, hadisə zamanı TIR-ın sürücüsü idarəetməni itirərək əks yola çıxıb.

Daha sonra ağır tonnajlı nəqliyyat vasitəsi  baryerə çırpılıb.

Hadisə zamanı ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Hadisə yerində görüntüləri təqdim edirik:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Estoniya Rusiyaya nota verib