Image

Bu yol sürücülərə təhlükəli anlar yaşadır - VİDEO

Ramana rayonunun Ramana kəndinə gedən yolundan istifadə edən sakinlər narazıdırlar.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, yolun Şəhid Əmirulla Əliyev küçəsindən keçən hissəsində yerləşən körpüyə su yığılıb. Yağışlı havalarda su ilə dolan körpüdən istifadə edən sürücülər hər an qəza təhlükəsi ilə üz-üzə qalır. Yol ötürücüsünün üzərindən dəmir yolu xətti keçir. 

Şikayətçinin sözlərinə görə, 1 aydan çoxdur vəziyyət belədir. Üstəlik hər dəfə yağış və qar yağandan sonra bu su yığılır və çəkilmir. 

Ərazidən görüntüləri təqdim edirik:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Estoniya Rusiyaya nota verib