AZAL-ın Moskva-Gəncə təyyarəsi hava şəraitinə görə Bakıya enməli olub
Bu gün “Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib. BAKU.WS xəbər verir ki, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub. Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib. "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti BAKU.WSMənbə: baku.ws