Image

Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb

Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.Bu barədə "Dubai Media Office" "X" sosial şəbəkəsində məlumat yayıb.

"Sərnişinlərin, hava limanı personalının və aviaşirkət heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik protokollarına uyğun olaraq həyata keçirilir", - məlumatda bildirilib.

Bu gün səhər saatlarında Birləşmiş Əmirliklərinin Dubay şəhərinin Beynəlxalq Hava Limanına İran tərəfindən dron hücumu edilib. 

Xəbər lenti

Kiyevdə matəm elan edilib