Image

Xərçəng olan rəqqasə: "Əməliyyat olunsam masada qalacağımı dedilər" - FOTO

Artıq 8 aydır pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi) ilə mübarizə aparan məşhur rəqqasə Tanyelinin səhhəti pisləşib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə o özü bildirib.

Tanyeli qeyd edib ki, şiş onun Arterial damarına yayılıb:

"Şiş Arterial damarıma yayılıb. Həkimlər "Əməliyyat olunsam masada qala bilərsən" dedilər.

İnşallah 2024-cü ili yaşamağa ömrüm çatar.

Allahın məsləhət bildiyi qədər ömür yaşayacağam. Dualarınızı əsirgəməyin".

Xatırladaq ki, ötən ilinin iyununda rəqqasəyə pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi) diaqnozu qoyulub. 

BAKU.WS

Xəbər lenti