Rusiyanın 18-ci Ordusunun komandir müavini Ukraynada döyüşdə ölüb - FOTO
Rusiyanın 18-ci Ordusunun komandir müavini, qvardiya polkovniki Maqomedali Maqomedjanov Ukraynada döyüşlər zamanı yaralanıb və Sevastopolda xəstəxanada ölüb.
Bu barədə Dağıstan İctimai Palatası məlumat yayıb.
Qeyd olunur ki, Dağıstanın Rutulski rayonunun Xlut kəndindən olan Maqomedali Maqomedjanov çərşənbə günü, fevralın 14-də Ukraynada hərbi əməliyyat zonasında yaralanıb və xəstəxanada dünyasını dəyişib.//apa
BAKU.WS