Image

Qarın piylərindən azad olmaq istəyirsinizsə, bu məhsullardan istifadə edin

Endokrinoloq Yekaterina Yanq bildirib ki, qarın piylərinindən qurtulmaq üçün yatmazdan əvvəl sağlam karbohidratlar, balıq, toyuq və ya qaynadılmış tərəvəz yemək lazımdır.

BAKU.WS-in xəbərinə görə, o, artıq çəki ilə bağlı problemlərin çox vaxt stres hormonu olan kortizolla əlaqəli olduğunu aydınlaşdırıb.

Həkimin sözlərinə görə, kortizol qlükoza və insulinin artmasına səbəb olan karbohidrat mübadiləsinə təsir göstərir.

Müvafiq olaraq, əgər insan uzun müddət idman edirsə, lakin hələ də arıqlaya bilmirsə, bu, kifayət qədər karbohidratlı qidanın olmaması deməkdir.

Qeyd edək ki, kortizol (hidrokortizon) — böyrəküstü vəzilərdə istehsal olunan hormondur. Bədəndəki stressi tənzimləyir, qan təzyiqi səviyyəsinə, zülalların, yağların və karbohidratların mübadiləsinə təsir göstərir.  BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti