Image

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

20 fevral saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.

Bu barədə Gundem.az-a Məktəbəqədər və Ümumi Təhsil Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 20 fevral 2024-cü il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. 

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də 1 mart 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.

Mənbə: gundem.az

Xəbər lenti