Bu sabunlar insan dərisində xərçəng yaradır - Həkim AÇIQLADI
İnsanlar elə hesab edir ki, ətirli və antibakterial sabunlar ən keyfiyyətli sabunlardır. Əslində bu sabunların xeyrindən çox zərərləri var.
Bəs antibakterial sabunların insan orqanizminə nə kimi zərərləri var?
Gundem.az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Sevinc Məmmədova bildirib ki, antibakterial sabunların tərkibində triclosan adlı maddə var.
“Bu maddə isə insan dərisinə zərər verir. Hətta zamanla insan dərisində xərçəng belə yaradır. Bu maddə yalnız sabunların deyil, istifadə olunan digər gigiyenik vasitələrin də tərkibində mövcuddur. Son zamanlar da yeni sabun məhsulları istifadəyə verilir. Bunu marketlərdə diqqət yetirsək görə bilərik. Yeni sabun məhsullarının tərkibində bu maddəylə rastlaşmaq mümkündür. Bu maddə insan bədənində hormanların dəyişməsinə səbəb olur”.
Mənbə: gundem.az