Türkiyədə 12 ölkənin axtardığı 23 nəfər saxlanıldı
Türkiyədə 12 ölkənin İnterpol axtarışında olan 23 şəxs saxlanılıb.
Gundem.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya məlumat verib.
“Altı vilayətdə eyni vaxtda həyata keçirilən “Qəfəs-43” əməliyyatları ilə İnterpolun “Qırmızı xəbərdarlıq”, “Yaşıl bülleten” və təcili saxlanılması ilə bağlı axtarış qeydləri olan 23 şübhəli ələ keçirilib”, - Ə.Yerliqaya qeyd edib.