Image

Dünya Çempionatında Almaniya millisinin qələbə qolunu vuran futbolçu öldü

1990-cı il dünya çempionatında Almaniyanın qələbə qolunun müəllifi olan keçmiş futbolçu Andreas Brehme 64 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Məlumata görə, məşhur idmançının ölümünə ürək tutması səbəb olub.

Dünən gecə o, təcili olaraq Münxendə xəstəxanaya yerləşdirilsə də, həkimlər Brehmeni xilas edə bilməyiblər.

Brehme 1986-cı il Dünya Kubokunun gümüş mükafatçısı, eləcə də 1990-cı ildə dünya çempionu olub. Məhz onun qolu sayəsində Almaniya komandası tarixində üçüncü dəfə dünya çempionatının qızıl medalını qazanıb. Turnirin finalında Roberto Nestor Sensininin Rudi Völlerə qarşı etdiyi kobudluğa görə təyin olunmuş penaltini o, yerinə yetirib.

Yarımmüdafiəçi karyerasının əhəmiyyətli hissəsini “Kayzerslautern”də keçirib, bu komandada 154 oyuna çıxıb və 34 qol vurub. Bundan əlavə, onun "İnter"də 116 oyun və 11 qolu, həmçinin "Bavariya", "Saarbrüken" və "Saraqosa"da çıxışı var.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti