"Ruhu ölmüş müğənnilər çoxdur" - Təranə Qumral
"Səhnə gözəllik tələb edir. Üz qırış-qırış, "şıntır-şıntır" efirə çıxmaq, fikrimcə, düzgün deyil. Sənət adamı üçün eybəcər görsənmək olmaz. 60 yaşım olsun, nəinki oxumaq, heç efirə də çıxmayacağam. Bu çıxışımı saxlayın.Vaxtı çatanda, eləməsəm deyərsiniz" .
Gundem.az lent.az-a istinadən bildirir ki, bunu müğənni Təranə Qumral qonaq olduğu teleproqramlardan birində deyib.
"İnsanın üzündəki qırışı düzəltmək olar, amma ruhu yox. İnsanın ruhu getməsin bədənindən. Vaxtından qabaq ruhu ölmüş müğənnilər çoxdur", - o bildirib.
Mənbə: gundem.az