16 yaşlı qızını evdən qovdu, küçədə gecələyir – Qurumlara MÜRACİƏT
Azərbaycanda qadın qızını evdən qovub.
Gundem.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova məlumat yayıb. O qeyd edib ki, qızın 16 yaşı var və evdən qovulduğuna görə müxtəlif ünvanlarda gecələməli olur:
“Lökbatanda 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızı anası evdən qovub. Uşaq müxtəlif ünvanlarda gecələməli olur. Uşağın ailəsi ilə görüşüb vəziyyətin qiymətləndirilməsinə ehtiyac var”, - M.Zeynalova bildirib.
O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Xidmətlər Agentliyinə müraciət edib.
Mənbə: gundem.az