Image

Numan Qurtulmuş Bakıya gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Bakıya səfər edib.

Gundem.az xəbər verir ki, bu barədə TBMM məlumat yayıb.

TBMM sədri fevralın 21-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına qatılacaq.

Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.

Mənbə: gundem.az

Xəbər lenti