Image

Bakıda restoranda yanğın - YENİLƏNİB-3 - VİDEO

Bakıda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə rəsmi açıqlama verilib.

Qurumdan bildirilib ki, FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən restoranda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in yanğınla mübarizə qüvvələri cəlb edilib. Yanğınla mübarizə tədbirləri davam etdirilir.

***19:38

Bakıda restoranda baş verən yanğın məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Hazırda soyutma işləri davam edir.

***19:31

Bakıda restoranda yanğın başlayıb.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə.. “Hyyat Regency” hoteli qarşısında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq