Çinlə Britaniya arasında Rusiyaya görə GƏRGİNLİK: "Qarşısı qətiyyətlə alınacaq"
Pekin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün hər şeyi edəcək.
Gundem.az xarici mediaya istinadən xəbər verir ki , bu barədə Çinin Londondakı səfirliyi xəbərdarlıq edib.
“Biz Britaniya tərəfini əmin edirik ki, Çinin maraqlarına zərər vuran istənilən hərəkətin qarşısı Çin tərəfindən qətiyyətlə alınacaq”, - məlumatda bildirilir.
Belə ki, diplomatik missiya Rusiyaya qarşı tədbirlər çərçivəsində Böyük Britaniya tərəfindən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Siyahıya Çində yerləşən şirkətlər daxildir. Xüsusilə, "Finder Technology LTD", "JUHANG Aviation Technology" (Shenzhen) və "Pekin Micropilot Flight Control Systems Co. LTD." kimi şirkətlər siyahıya daxil edilib. London bu qərarını Rusiyanın Ukraynada nəzərdə tutduğu xüsusi hərbi əməliyyata “dəstək” kimi izah edib.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya Rusiyaya qarşı silah-sursat istehsalçıları, elektronika şirkətləri, almaz və neft ticarəti şirkətlərini əhatə edən yeni sanksiyalar tətbiq edib. Çindən üç, Belarusdan iki, Türkiyə və BƏƏ-dən bir şirkət də məhdudlaşdırıcı tədbirlərə məruz qalıb. (Sfera.az)
Mənbə: gundem.az