Image

Prezidentin köməkçiləri "Ana harayı" abidəsini ziyarət etdilər - FOTO

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin köməkçiləri Hikmət Hacıyev, Zeynal Nağdəliyev, Ədalət Vəliyev, Fuad Ələsgərov, Natiq Əmirov və Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov da Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Gundem.az xəbər verir ki, rəsmilər soyqırımı abidəsinin önünə gül dəstələri düzüb, faciə qurbanlarını ehtiramla yad ediblər.

Qeyd edək ki, bu gün-26 fevral Xocalı faciəsinin 32-ci ildönümüdür.

Fotolar: Anar Bayramlı

Mənbə: gundem.az

Xəbər lenti