Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş yeri məlum olub
Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almaniyanın paytaxtı Berlində görüşəcəklər. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib. Onun sözlərinə görə, görüş fevralın 28-29-da baş tutacaq. “Görüş haqqında razılaşma Münxendə üçtərəfli görüş zamanı əldə edilib”, - o deyib. Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh sazişinin müzakirəsi ilə bağlı görüş keçiriləcək. BAKU.WSMənbə: baku.ws