Fransa yeni müharibənin başlaması üçün ZƏMİN YARADIR – Silahlar, təlimlər...
Fransa Qafqazda gərginliyi artıracaq addımlar atmağa davam edir.
Gundem.az xəbər verir ki, Paris Ermənistana hava hücumundan müdafiə sistemləri təqdim edəcəyini və erməni əsgərlərinə təlim keçəcəyini açıqlayıb.
2023-cü ilin oktyabrında Ermənistanla silah satışı və hərbi yardım müqaviləsi imzalayan Fransa Ermənistanı silahlandırmağa davam edir.
Açıqlamada qeyd olunub ki, 27-ci Dağ Piyadası adlı erməni briqadasına 17 fransız əsgəri 1 aylıq təlim keçəcək.
Qeyd edək ki, fevralın sonunda başlayacaq təlimdən sonra, Fransa ordusundan İrəvana növbəti təlimlər üçün müntəzəm səfərlər ediləcək. (Sfera.az)
Mənbə: gundem.az